AMAY-dakı yanğın “ASAN Xidmət”in işini çətinləşdirdi

AMAY ticarət mərkəzində baş verən yanğınla əlaqədar həmin binada yerləşən 2 saylı “ASAN Xidmət” mərkəzi bu gün fəaliyyət göstərməyəcək.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib.
 
Onun sözlərinə görə, bu, yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi ilə bağlıdır.
 
Ü. Mehdiyev bildirib ki, yanğın zamanı “ASAN Xidmət” əməkdaşları və xidmət göstərilən  vətəndaşlardan xəsarət alan olmayıb, ofisə zərər dəyməyib.
 
Qeyd edək ki, bu gün səhər saatlarında AMAY ticarət mərkəzində yanğın baş verib. Yanğının söndürülməsinə 4 yanğınsöndürən maşın cəlb olunub. Yanğın söndürülüb. /

Google+ WhatsApp ok.ru