Amazoniyada yeni balıq növü aşkarlanıb

Amazoniyada yeni balıq növü aşkarlanıb

Dəniz bioloqları Amazoniyada naqqa balığının yeni növünü aşkar ediblər.

Maide.Az "Report"a istinadla xəbər verir ki, bu barədə "Moya Planeta" məlumat yayıb.

Bildirilir ki, yeni aşkarlanmış balıqlar "Ancistrus patronus" adlandırılıb. Tədqiqatın müəllifi bildirib ki, aşkarlanan yeni su heyvanları balıqlar arasında əsl "döyüşçülər"dir. "Onların başındakı buynuzlar yalnız praktik funksiyanı yerinə yetirmir, o, həm də dekorativdir: - onlar dişilərə öz nəsillərini qorumaq gücünü göstərir", - deyə o bildirib.

Bildirilir ki, balıqların başı buynuzlarla örtülüb, bədəni yüngül zireh müdafiə edir və üzgəclər caynaqlara oxşayır.

Naqqaların bu növü Venesuela, Kolumbiya və Qviana ərazisində yaşayır. Onlar təmiz çaylara və sərin, kiçik körfəzlərə üstünlük verirlər.

Daha əvvəl Çinin mərkəzi Hubeyəyalətinin Szinçjouyaşayış məntəqəsində körpünün tikintisi yaxınlıqdakı balıq təsərrüfatında təxminən 6 min nərə balığının ölümü ilə əlaqədar dayandırılıb

Google+ WhatsApp ok.ru