Ambulator müalicə dərmanlarını vətəndaş alacaq - Tibbi sığorta zərfindən xəbər var(VİDEO)

Ambulator müalicə dərmanlarını vətəndaş alacaq - Tibbi sığorta zərfindən xəbər var(VİDEO)

Ev şəraitində müalicə olunacaq şəxslərin dərman təminatı İcbari Tibbi Sığorta zərfinə daxil edilməyib.

Xəstəxanada müalicə olunanların dərmanlarını sığorta şirkəti ödəyəcək, evdə müalicə olunanlar isə dərmanı öz pullarına almalı olacaqlar. Bu hökümətə təqdim olunan icbari tibbi sığorta zərfində öz əksini tapıb. Təkliflərdə hansı xidmətlərin sığorta şirkəti hesabına həyata keçirilməsi də əks olunub.
 
Ambulator, yəni ev şəraitində müalicə olunacaq şəxslərin dərman təminatı İcbari Tibbi Sığorta zərfinə daxil edilməyib. Bu, Nazirlər Kabineti yanında icbari tibbi sığorta üzrə agentliyinin hökümətə təqdim etdiyi təkliflərdə belədir.
 
Ancaq bir çox ölkədə ambulator müalicə üçün dərmanlar da sığorta paketinə əlavə olunur. Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Agentliyin xüsusi təklifləri də var...
 
Nazirlər Kabinetinə göndərilən təkliflərdə icbari tibbi sığorta zərfinə daxil edilmiş xidmətlər yer alıb.
 
1 nəfər üçün illik icbari tibbi sığorta məbləği 100 manat həcmində müəyyən edilib. Bu o deməkdir ki, Azərbaycanda vətəndaşlarının hamısının sığortalanması baş verərsə təxminən 1 milyard manata yaxın icbari tibbi sığorta vəsaiti toplanacaq. Ekspertlər düşünür ki, bu məbləğ o qədər böyük olmadığından dərman təminatı və bəzi tibbi xidmətlər icbari tibbi sığorta paketinə daxil edilməyib.

Google+ WhatsApp ok.ru