AMEA: Azərbaycan dilinin qorunması üçün yeni terminoloji baza yaradılacaq

“Azərbaycan dilinin qorunması üçün yeni terminoloji baza yaradılacaq”. Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi Rasim Əliquliyev bildirib ki, bu gün dilə daxil olan elmi biliklərin, sözlərin Azərbaycan dilinə uyğunlaşdırılması və ya Azərbaycanda dilində qarşılığının tapılması alimlərdən asılıdır: “Dünyanın yeni terminoloji lüğəti yaradılır. Azərbaycanda da Nazirlər Kabineti nəzdində Terminologiya Komissiyası yaradılıb. Bu gün müxtəlif sözlərin Azərbaycan dilinə gəlməsi xaotik xarakter daşıyır. Kompüter bütün dünyada açıqdır və oradan istənilən termin dilimizə gəlir. Azərbaycan dilinin, elmi dilin qorunmasının, inkişafının məsuliyyəti alimlərin çiynindədir. AMEA bu istiqamətdə işlər aparılır. Elektron hökumətin tərkib hissəsi kimi terminoloji baza yaratmaq istəyirik ki, yeni terminlərdən Azərbaycan elmində düzgün istifadə edilsin, dil qorunub saxlanılsın”.

Google+ WhatsApp ok.ru