AMEA prezidenti zəbt edilmiş torpaqlarından danışdı

“Artıq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) zəbt edilmiş torpaqlarından geri qaytarılmayanları qalmayıb. Bütün torpaqların hamısını geri qaytarmışıq”.
 
Maide.az xəbər verir ki, bunu Trend-ə AMEA prezidenti, akademik Akif Əlizadə deyib.
 
Akademiya prezidentinin sözlərinə görə, akademiyanın balansında olan minlərlə hektar torpaq sahələri müxtəlif təşkilatlar tərəfindən zəbt edilmişdi. Bu torpaqlar ölkənin müxtəlif ərazilərində - Xızı, Kürdəmir, Şamaxı, Quba və digər rayonlarda olub.
 
Akademiya prezidentinin sözlərinə görə, AMEA-nın geri qaytarılmış torpaqları bundan sonra müxtəlif istiqamətlər üzrə istifadə ediləcək.
 
A.Əlizadə əminliklə bildirib ki, geri qaytarılmış bu torpaqlar AMEA-ya böyük səmərə gətirəcək.

Google+ WhatsApp ok.ru