Amerikada 140-dan çox etirazçı saxlanılıb-FOTO

Amerikada 140-dan çox etirazçı saxlanılıb-FOTO

Amerikanın Şimali Dakota ştatında polis və etirazçılar arasıdna qarşıdurma baş verib. 
 
Maide.Az  "Accosiated Press"-ə istinadən xəbər verir ki,  tikilməkdə olan neft boru kəmərinin  tikintisinin dayandırılması tələbi ilə keçirilən etiraz aksiyasında 140 dan çox etirazçının  saxlanıldığı bildirilir. 
 
Məlumata görə, etirazçıların bir neçəsi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib.
Polisin sözlərinə görə, Morton dairəsindəki şəxsi torpaq sahəsində ən azı 250 insan toplaşıb. Etirazçılar avtomobillərin şinlərini yandırıblar, həmçinin onlara hücum edən polislərə daş və butulkalar atıblar.
 
Hakimiyyət orqanları etirazçıları dağıtmaq üçün əraziyə 200 polis və hərbi qulluqçu, həmçinin xüsusi texnika cəlb edib. 

Google+ WhatsApp ok.ru