Amerikada ən böyük halal qida festivalı keçiriləcək

Amerikada ən böyük halal qida festivalı keçiriləcək

-- Festivalın keçirildiyi məkana giriş üçün hər nəfər 7 dollar ödəməlidir.

 
İyunun 30-da ABŞ-da ən böyük halal qida festivalı keçiriləcək.
 
Maide.Az "İQNA"-a istinadən xəbər verir ki, bu dəfə festival Kaliforniyanın Ferimant şəhərində  təşkil olunacaq. 
 
Festivalda halal qida məhsullarının satıcıları və Hindistan, Pakistan, Şərq ölkələri, Ərəb ölkələri, Aralıq dənizi ölkələri, Amerika və Afrika ölkələrinin yemək növlərini bişirməyi bacaran aşpazlar iştirak edəcək. Onlar İslam hökmlərinə uyğun bişirdikləri halal yeməkləri təqdim edəcəklər.
 
Hazırda Amerikada yaşayan xarici müsəlmanların hazırladıqları halal yeməklər bu ölkənin vətəndaşları arasında da sevilir. Bu yeməklərin arasında "cayru" (kabab növü), "humus" (noxuddan hazırlanmış deser), "sinə kababı", "çat" (hind yeməyi) və "taku" da vardır.
 
Festivalın keçirildiyi məkana giriş üçün hər nəfər 7 dollar ödəməlidir. Mərasimdə maraqlı və həyacanlı proqramlar icra ediləcək və incəsənət əsərləri və zinət əşyları sərgilənəcək.

Google+ WhatsApp ok.ru