Amerikada Ərbəin yürüşü keçirilib FOTO

ABŞ-da şaxtalı və soyuq havaya baxmayaraq Ərbəin yürüşü keçirilib. Maide.az xəbər verir ki, yürüşdə gənclərlə yanaşı qadın və uşaqlar da iştirak edib. 
 
İmam Hüseyn (ə) İslam Mərkəzi tərəfindən təşkil edilən yürüş Boyse şəhərində baş tutub. Yürüşdə 200-dən artıq İmam Hüseyn (ə) aşiqinin iştirak etdiyi qeyd olunur. Yürüşçülər yürüş boyu əllərində İmam Hüseyn (ə) və Kərbəla şəhidlərini anan, həmçinin terrorizmi məhkum edən plakatlar tutub, şüalar səsləndiriblər. Eyni zamanda Paris terror aktından zərərçəkənlərlə həmrəylik nümayiş etdirən yürüşçülər özləri ilə İraq, Amerika və Fransa bayraqlarını da gəzdiriblər.    
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru