Amerikada atışma nəticəsində 4 nəfər ölüb, 3-ü yaralanıb

Amerikada atışma nəticəsində 4 nəfər ölüb, 3-ü yaralanıb

 Cümə axşamı ABŞ-ın Merilend ştatının Aberdin şəhəri ətrafında baş verən silahlı insident nəticəsində azı 4 nəfər ölüb, daha 3-ü isə yaralanıb.
 
Maide.Az "Report”-ə istinadla xəbər verir ki, bu barədə mətbuat konfransında Harford dairəsinin şerifi Cefri Qeler məlumat verib.
 
"Yeddi nəfər, o cümlədən atəş açan şəxsin özü odlu silah yarası alıb. Onlardan üçünün sağ qalacağı gözlənilir. İki nəfər hadisə yerində, daha biri isə xəstəxanada ölüb", - deyə o bildirib.
 
Şerif əlavə edib ki, şübhəli qadın güllə yarasından ölüb.

Google+ WhatsApp ok.ru