Amerikada dərman və müalicə xərcləri inanılmaz həddə çatıb

Nyu-York Times qəzeti Amerikada müalicə xərclərinin baha olması ilə bağlı yazı yazıb. Son günlər Amerika xəstəxanalarına müraciət edən xəstələr müalicə xərclərinin yuxarı həddə olmasından şikayətləniblər.

Maide.az-ın Fox Bizines-ə istinadən məlumatına görə,  xəstə bir şəxs klinikada bir aspirin həbi üçün 30 dollar pul ödəməlidir. Xəstələrin bir qrupu bu vəziyyətdən narahatçılıqlarını gizlətməyib və etirazlarını bildiriblər. Xəstəxanaya cərrahiyyə əməli üçün deyil, sadə bir müayinə üçün müraciət edən xəstələr həkimlərə 10 min dolardan çox pul ödəyiblər.

Son vaxtlar Taim jurnalı bir hesabatda qeyd etmişdi ki, Kalifornya ştatında Xərçəng şişi xəstəliyindən əziyyət çəkən bir xəstə dünyasını dəyişməzdən öncə xəstəxanalarda bir milyon dollara yaxın pul xərcləyib.

Nyu-York Times qəzeti də bu vəziyyəti analiz edərək yazıb: Xəstəliklər ucbatından Amerikada ölən amerikalıların əksəriyyəti bu ölkədə dərman və müalicə xərclərinin baha olmasına görə həlak olur.

Yazıda bildirilir ki, Əgər bir insan ciddi bir xəstəliklə üzləşirsə onda dərman və müalicə üçün həddindən artıq pul xərcləməyə məhkumdur. /

 

Google+ WhatsApp ok.ru