Amerikada güclü yanğınlar,  minlərlə insan evlərini tərk edib - VİDEO

Amerikada güclü yanğınlar, minlərlə insan evlərini tərk edib - VİDEO

ABŞ-ın Tennessee əyalətində baş vermiş güclü yanğın indiyədək yüzlərlə evə ziyan vurub, minlərlə nəfərin evlərini tərk etməsinə səbəb olub. 
 
Maide.Az xəbər verir ki, bir neçə gündür davam edən yanğın  “Böyük Smoky dağları” bölgəsində geniş yayılıb və iki şəhərin əhalisini  evlərini tərk etməyə məcbur edib. 
 
Tennessee fövqəladə hallar idarəetmə agentliyi elan edib ki, təkcə Gatlinburg şəhərində 14 min insan şəhəri tərk etmək məcburiyyətində qalıb. 
 
Ötən gündən yağış yağmağa başlasada yanğın hələdə davam edir. 
 
İndiyədək yanğınlar zamanı həlak olan olmasada, 4 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirirlib. (presstv)
 

/

Google+ WhatsApp ok.ru