Amerika da həyəcana düşdü

Belçikanın paytaxtı Brüsseldəki terror aktından sonra ABŞ daxilində bir çox hava limanı, körpü və tunellərlə qatar stansiyası və avtobus vağzallarında təhlükəsizlik tədbirləri artırılıb.
 
Maide.az xəbər verir ki, başda paytaxt Vaşinqton olmaqla, Nyu York, Atlanta, Boston, Çikaqo, Denver, Los-Anceles və Mayami kimi şəhərlərdə təhlükəsizlik tədbirləri genişləndirilib.
 
Amtrak qatar stansiyaları da təhlükəsizlik tədbirlərinin artırıldığı yerlər arasındadır. Paytaxt Vaşinqtonda Reyqan milli hava limanı ilə Dulles Beynəlxalq Hava Limanında Xüsusi Silahlar və SWAT dəstələri, bomba axtaran itlərin də daxil olduğu polis gücünün artırıldığı bildirilir.
 
Nyu-Yorkda Port Authority, Con F. Kennedi və Laquardia hava limanlarında, Nyu-Cersidə Newark Libert hava limanında da əlavə təhlükəsizlik tədbirləri görülüb.
 
Nyu York Bələdiyyə sədri Bill de Blasio Brüsseldəki hücumdan sonra keçirdiyi mətbuat konfransında Nyu York polis təşkilatı və bütün təhlükəsizlik tərəfdaşlarının xalqın təhlükəsizliyini təmin etməyə davam etdiyini və Nyu Yorkun terrorla mübarizə üçün hər şəkildə hazır olduğunu söyləyib.
 
Qeyd edək ki, Nyu York şəhəri üçün məlum olan hər hansı bir konkret təhlükəsizlik təhdidi ypxdur.

Google+ WhatsApp ok.ru