Amerikada «hannibal» polis həbsdən buraxılıb

Maidə.az-ın verdiyi məlumata görə, gənc qadınları, oğurlamaq, öldürmək və yemək istəməkdə təqsirli bilinən Nyu-Yorkun sabiq polisi hakimin hökmü ləğv edilməsindən sonra həbsdən azad edilib.
Məhkəmə müttəhim Gilberto Vallenin onlarla qadını qətl etməyi və yeməyi  barədə kifayət qədər sübutların olmadığı qənaətinə gəlib. Qeyd edək ki, Vale  2012 –ci ildə öz evində həbs edilib. Onun kompyuterində çoxlu sənədlər tapılıb. Bunlardan aydın olub ki 28 yaşlı polis zabiti Vale qadınları oğurlamaq, zorlamaq və yemək istəyirmiş. O, qeyri-qanuni olaraq polislərin məlumat bazasından istifadə edərək potensial qurbanları  haqqında doğum tarixi, boy, çəki və bədən ölçüləri barədə iinformasiyaları toplayırmış. Yüzlərlə qadının dosyesindən əlavə, Vallenin insan oğurluğu zamanı  nədən istifadə edəcəyi (Məsələn ip və xlorofomdan)  barədə qeydləri də ələ keçmişdi.
Lakin vəkillər bunun sadəcə «fantaziya» olduğunu sübut etməyə çalışıblar. Vale də «infatal davranışları» üçün üzrxahlıq edib. 
28 yaşlı Valle azad edilsə də, məhkəmə onun xidməti məlumatlar bazasından qeyri-qanuni istifadə barədə hökmünü qüvvədə saxlayıb.
 

Google+ WhatsApp ok.ru