Amerikada məscidlərin təhlükəsizliyini təmin etmək üçün pul xərclənir

Amerikanın Los Ancles şəhəri ətrafında Korona şəhərində yerləşən məscid ötən iki həftə ərzində namaz qılanların və məscid işçilərinin təhlükəsizliyini təmin etmək üçün 10 min dollar pul xərcləyiblər. 
Maide.az xəbər verir ki, Parisdə və Kaliforniyada baş verən son atışmalardan sonra ABŞ-ın bütün şəhərlərində müsəlmanlara qarşı nifrətdən doğan cinayətlərin qarşısını almaq məqsədi ilə  təhülkəsizlik tədbirləri artırılıb. 
Bu təhlükəsizlik tədbirləri həmçinin islami mərkəzlər və məscidlərə də şamil olub. Belə ki, silahlı mühafiəzçilər namaz qılanlara və müsəlmanlara hücumun qarşısını almaq məqsədi ilə məscidlərə təhkim olunub. 
Texas ştatının Dallas şəhərinin yaxınlığında yerləşən Plano İst İslami Mərkəzi və məscidin imam camaatı  Nədim Bəşir deyir ki,  Parisdə baş verən terror hadisəsindən sonra biz silahlı bir mühafizəçi işə götürmək məcburiyyətində qaldıq. 
Parisdə və Koliforniyada baş verən terror hadisələrindən sonra ABŞ-da müsəlmanlara qarşı hücumların sayı artıb.  Həmçinin 2016-cı ildə keçiriləcək seçkilərdə iştirak edən namizədlərdən bəzisinin seçki kompaniyaları çərçivəsində müsəlmanlar əleyhinə çıxışları bu ökədə müsəlmanlara qarşı otmosferanı daha da pisləşdirib. /
 

Google+ WhatsApp ok.ru