Amerikada məscidin imamı və köməkçisi qətlə yetirilib

Amerikada məscidin imamı və köməkçisi qətlə yetirilib

Avqustun 13-də ABŞ-ın Nyu-York şəhərinin Kuins rayonunda yerləşən məscidin 65 yaşlı imamı və onun köməkçisi öldürülüb.
 
Qatillərin kimliyi məlum deyil. Polis cinayət motivlərini müəyyənləşdirməyə çalışır. İstintaqçılar inkar etmirlər ki, qətl oğurluq məqsədilə də törədilə bilər.
 
Ancaq olay yerli müsəlmanların qəzəbinə səbəb olub. Gecə küçələrə axışan etirazçılar qətli islamofobiyanın nəticəsi sayırlar. Onlar prezidentliyə namizəd Donald Trump-ın müsəlmanlar əleyhinə olan çıxışlarından müsəlmanlara qarşı nifrət yarandığını hesab edirlər. Trump çıxışlarında təklif etmişdi ki, ölkəyə islam axını olmaması üçün müsəlmanların ABŞ-a gəlməsinə müvəqqəti qadağa qoyulsun. O, bu cür çıxışlarına görə dəfələrlə tənqidlə üzləşib.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru