Amerikada müsəlmanların sayı 2050-ci ilə qədər xristianlarla bərabərləşəcək

Amerikada aparılan tədqiqatlar Amerikadakı müsəlman əhalinin 2050-ci ilə qədər xristianlarla eyni sayda olacağını göstərdi.
 
Maide.az xəbər verir ki, dünyada dinlərin gələcəkdəki əhatəsi ilə bağlı aparılan həmin araşdırmaya görə, müsəlmanların əhali artımı xristianlara nisbətən daha çoxdur. Artımın bu şəkildə davam etməsi halında 2050-ci ildə müsəlmanlarla xristian əhalinin sayı eyni olacağı vurğulanır. 
 
Tədqiqatda müsəlmanların yalnız Amerikada deyil, dünya miqyasında də digər dinlərə nisbətən daha çox artım göstərdiyi bildirilir.
 
Amerikada əhəmiyyətli sayda müsəlmanın yaşamasına baxmayaraq, bu ölkədə, xüsusilə zənci müsəlmanlara qarşı irqçi hücumlar və ayrı-seçkilik davam edir.

Google+ WhatsApp ok.ru