Amerikada müsəlmanların böyük toplantısı keçirilir - FOTO

Maide.az-ın İCNA-ya istinadən verdiyi məlumata görə, Amerika müsaəlmanları Baltimor şəhərində başlanan böyük toplantıda bir araya gəliblər. Konfrans "Həzrət Muhəmmədin (s) anılması və rəhmət peyğəmbərinin ümumdünya müraciətinin tanınması" adı altında keçirilir.

Bütün dünyadan 140 natiq İslamın böyük peyğəmbəri Həzrət Muhəmmədin (s) daha yaxşı tanınması məqsədilə çıxış edəcək. Təşkilatçıların bildirdiyinə görə, təqribən otuz min müsəlman bu üçgünlük konfransda iştirak etmək istəklərini açıqlayıb.

Xatırladaq ki, Amerikanın şimalı üzrə İslam İdarəsinin illik konfransı Amerika müsəlmanlarının ən böyük toplantılarından biridir. Bu konfransından başqa üç yaş qrupunda ümumilkə Qurani-Kərim müsabiqələri də keçirilir. Müsabiqə iştirakçıları Quranın üç cüzündən birinin hifzi və qiraətində rəqabət aparırlar və qaliblər bağlanış mərasimində mükafatlandırılacaqlar. Camaat namazı, islami məhsullar sərgisi, gənclər konfransı, təlim emalatxanaları və uşaq əyləncələri bu konfransın tərkibində keçirilən tədbirlədəndir.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru