Amerikada müsəlmanların qəbiristanlığı dağıdılıb

Amerikada müsəlmanların qəbiristanlığı dağıdılıb

Amerikanın Minneapolis şəhərində müsəlmanların qəbiristanlığı dağıdılıb. 
 
Maide.Az xəbər verir ki, Amerikanın Minnesota əyalət rəhbərliyi Minneapolis şəhərində müsəlmanlara məxsus qəbiristanlığın dağıdılması və müsəlmanların qəbirlərinin təhqir edilməsi faktini təsdiqləyib. 
 
Məlumata görə bir qrup naməlum şəxs Minneapolis şəhərinin Minneapolis Castle Rock qəsəbəsində yerləşən “əl-Məğfirə” qəbiristanlığına hücum edib, qəbir daşlarını sındırıb, üzərinə rənglər səpib və qəbir daşlarının üzərinə təhqiredici şəkillər çəkib. 
 
Hücum edən şəxslər həmçinin qəbiristanlığın divarını və bəzi avadanlıqlarını dağıdıb və divarlar üzərində hədələyici mesajlar yazıb. /

Google+ WhatsApp ok.ru