Amerikadan Səudiyyə Ərəbistan və müttəfiqlərinə 7 milyard dollar dəyərində silah üçün yaşıl işıq 09 Dekabr 2016 02:00 Yəmən Amerika Səudiyyə Ərəbistana və digər 3 müttəfiqinə 7 milyard dollar dəyərində hərbi texnika və silah-sursat satdığını açıqlayıb. Maide.Az “Reuters”-ə istinadən xəbər verir ki, bu hərbi texnika və silah-sursat əsasən raket və hərbi təyyarələrdir ki, əksəriyyətini Səudiyyə Ərəbistan alıb. Məlumata görə, Səudiyyə Ərəbistanı 3 milyard 510 milyon dollar dəyərində 48 ədəd nəqliyyat vertolyotu ch-47 Chinook, həmçinin həmin vertolyotların əlavə motoru və pulemyotlar alır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 3 milyard 500 milyon dollar dəyərində 27 ədəd AH-64E Apaçi vertolyotu alır. Məlumatda həmçinin bildirilir ki, Qətər Amerikadan 781 milyon dollar dəyərində 8 ədəd qırıcı və Mərakeş də 108 milyon dollar dəyərində 1200 ədəd tank əleyhinə raket alır. ABŞ bu silahları Səudiyyə Ərəbistan və müttəfiqlərinə elə bir vaxtda satır ki, bu ölkələr 2015-ci ilin mart ayından indiyədək Yəmənin müdafiəsiz xalqına qarşı amansız hücumlar təşkil edirlər. İndiyədək Səudiyyə rejimi və müttəfiqlərinin bu təcavüzü nəticəsində minlərlə dinc sakin həyatını itirib. Amerika Səudiyyə Ərəbistanı tərəfindən Yəməndə törədilən cinayətlər və pozulan insan haqlarına göz yummağa davam edir. Hələ üstəlik hərbi məsləhət verməklə yanaşı, bu təcavüzü hərtərəfli dəstəkləyir. Təkcə 2015-ci ildə Amerika Səudiyyə Ərəbistana 20 milyard dollar dəyərində hərbi texnika və silah-sursat satıb. Teqlər : #Amerikadan Səudiyyə Ərəbistan və müttəfiqlərinə 7 milyard dollar dəyərində silah üçün yaşıl işıq , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Human Rights Watch: `ABŞ Yəməndəki cinayətlərdə şərikdir` “İrandan Yəmənə silah getməyib, bu Yəmənə hücum üçün bəhanə idi”
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'