Amerikada onlarla aksiya iştirakçısı həbs edilib

ABŞ-ın Missuri Ştatında polisin irqçilik əleyhinə etiraz aksiyası iştirakçılarına qarşı hücumunda 56 nəfərin saxlanıldığı bildirilir.
 
Maide.az xəbər verir ki, bu 56 nəfər Sent Luis şəhərində qaradərili yeniyetmə Maykl Braunun ağdərili polis zabiti tərəfindən qətlə yetirilməsinin ildönümü günü münasibətilə keçirilən aksiyada həbs edilib.
 
Aksiya iştirakçıları Amerikada irqçilik əleyhinə ciddi tədbirlərin görülməsini istəyiblər. 
 
Bazar günü Maykl Braunun qətlə yetirilməsinin ildönümü günü münasibətilə keçirilən mərasimdə isə başqa bir qaradərili polisin atəş açması nəticəsində yaralanıb. 
 
Etiraz aksiyasının qarşıdurmaya çevrilməsi ilə Ferquson şəhərində fövqəladə vəziyyət elan edilib. 
 
Maykl Braun 9 avqust 2014-cü ildə Ferquson şəhərində ağdərili polis zabiti tərəfindən qətlə yetirilib. Onun ölümü, Amerikada irqçilik əleyhinə geniş etirazlara yol açdı.

Google+ WhatsApp ok.ru