Amerikada `İsa Məsih Quranda` adlı elmi toplantı keçiriləcək

Bu gün ABŞ-ın Mişeqan əyalətinin əyalət universitetində "İsa Məsih Quranda" adlı elmi toplantı keçiriləcək.
Maide.az  İQNA xəbər saytına istinadən xəbər verir ki, İsa Məsih bin Məryəm (ə) Quran-Kərim baxımından böyük və İlahi bir şəxsiyyət sayılmışdır. Buna görə də bu mövzu (İsanın Quranda anılması və necə tanıtdırılması) bir  çox məsihilər, o cümlədən ABŞ-da yaşayan məsihilər üçün təəccüb doğuran mövzu olub.
Müşahidələrə görə, son illərdə ABŞ-da yaşayan məsihilər və müsəlmanlar arasında artmaqda olan böyük və dərin bir uçurum yaranıb.
Son günlərdə prezidentliyə ABŞ-ın respublikaçılar partiyasından olan namizəd Ben Karson iddi etmişdi ki, heç vaxt bir müsəlmanın ABŞ prezidenti olmasına icazə verməməliyik. Bu namizdənin himayəçilərinin çoxu da bu əqidədədirlər.
Digər cəhətdən bir çox məsihilərin Quran-Kərimdə İsa Məsih haqqında İlahi peyğəmbər ünvanı ilə deyilənlərdən xəbəri yoxdur.
Buna görə də sentyabrın 30-da ABŞ-ın Mişeqan əyalətinin "İstlebsinq" şəhərində Mişeqan əyaləti universitetində "İsa Məsih Quranda" adlı elmi toplantı keçiriləcək və müsəlmanların İsa (ə) haqqında baxışları insanlara çatdırılacaq.
Zəki Sarituprak – Ohayu şəhərinin "Can Karol universiteti"nin ustadı və "İslamın məsihi" adlı kitabın müəllifi bu toplantıda söhbət edəcək. Onun fikrincə müsəlman və məsihilərin İsa Məsih (ə) barədə müştərək əqidələri onların bir-birini yaxşı tanımağa kömək edəcəkdir.  /

Google+ WhatsApp ok.ru