Amerikada sünni məscidində İmam Hüseynə (ə) əzadarlıq məclisi

Amerikada yaşayan “Mohəmməd Dəbuq” adlı şiə ruhani Dearborn şəhərində bir sünni məscidi hesab olunan Amerika İslam Mərkəzində İmam Hüseynə (ə) əzadarlıq məclisi təşkil edib.
Maide.az xəbər verir ki, mərasimdə çıxış edənlər məzhəblərarası fikir ayrılıqlarının qarşısının alınmasını və birliyə çağırışı xüsusi vurğulayıblar.
Tədbirdə çoxsayda şiə və sünni məzhəbli müsəlmanlar iştirak edib.
Dəbuq öz çıxışında qeyd edib: Bir sünni məscidində İmam Hüseynə (ə) matəm mərasimi keçirməklə bu mesajı veririk ki müsəlmanlar birdir və Aşura bir məzhəb mərasimi deyil.
O deyib ki, biz bir dinin yetirmələriyik- elə bir din ki, sülh,  tolerantlıq və dözümlülük mesajı verir.
İslam Mərkəzinin rəhbərlərindən olan şeyx “Mohəmməd Mardini”də bildirib: Hz Hüseynə (ə) bütün müsəlmanlar hörmət bəsləyir və onun inqilabı hər hansı bir qrupa məxsus deyil.
O əlavə edib: İmam Hüseyn inqilabı, ədalətsizliyə qarşı bir inqilab idi.  /
 

Google+ WhatsApp ok.ru