Amerikada İsrail rejiminin baş naziri əleyhinə aksiya

Amerikalı etirazçılar sionist rejimin baş nazirini hərbi cinayətkar adlandırıb.
Maide.az xəbər verir ki, ABŞ yəhudiləri və xristianları çərşənbə axşamı Nyu-York və Vaşinqtonda aksiyalar keçirərək, sionist rejimin baş naziri Benyamin Netanyahunun Amerikaya səfərinə  etiraz ediblər.
Aksiya iştirakçıları əllərində üzərinə "Netanyahu hərbi cinayətkar!" şüarı yazılmış plakatlar daşıyıblar. Narazı kütlə Amerikanın İsrailə olan yardımlarının dayandırılmasını tələb edib. Bu aksiyada iştirak edən ABŞ vətəndaşları Netanyahunun sözlərinə əhəmiyyətin verilməməsini vurğulayıblar. Onlar "Netanyahu quldurluq etmə!" şüarı veriblər. Nyu-Yorkda keçirilən aksiyada iştirak edənlər İsrailin konsulluğu önündə piket keçiriblər. Bu aksiya Benyamin Netanyahunun ABŞ Konqresində, Nümayəndələr Palatası və Senat üzvlərinin müştərək iclasında çıxışı zamanı baş tutub. Aksiya iştirakçıları Netanyahunu İsrail üçün ən böyük təhlükə adlandırıblar. Vaşinqtonda da yəhudilər oxşar aksiya təşkil ediblər. Aksiyada iştirak edənlər Netanyahunun yəhudiləri təmsil etmədiyini bildiriblər./

 

Google+ WhatsApp ok.ru