Amerikada yaşayan yəmənlilərdən Trampın siyasətinə özünəməxsus etiraz

Amerikada yaşayan yəmənlilərdən Trampın siyasətinə özünəməxsus etiraz

Amerikanın Nyu-York şəhərində yaşayan yəmənlilər ABŞ prezidenti Donald Trampın müsəlmanların bu ölkəyə girişi ilə bağlı siyasətlərinə etiraz etmək məqsədi ilə  bir günlük tətil ediblər.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Nyu-Yorkun beş bölgəsində 1000-dən çox mağaza və çay evləri sahibi olan yəmənlilər ABŞ prezidentinin siyasətinə etiraz olaraq tətil edib. 
 
Onlar tətil etməklə yəmənlilərin Nyu-York cəmiyyətindəki rolunu göstərmək istəyir.
 
Tətil cümə axşamı günü səhər saat 8-dən axşam saat  5-dək olacaq. Həmçinin Amerikada yaşayan yəmənlilər bu gün günün ikinci yarısında Bruklində D.Trampın siyasətinə qarşı etriaz aksiyası keçirəcək. 

Google+ WhatsApp ok.ru