Amerika Erməni Milli Komitəsinin üzvüləri Ceyms Uorliklə görüşüblər

Ermənilərin ABŞ-da yerləşən "Hay Dat" təşkilatı Barak Obama adminstrasiyasını Azərbaycan Prezidenti İlham Əliyevin müharibə barədə açıqlamalarını dayandırmaq barədə müraciət ediblər. 
 
Maide.az-ın məlumatına görə, ofisinin başçısı Aram Аmbaryan və "Hay Dat" nümayəndəsi Keyt Naapetyan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüb və onu Azərbaycanın hərbi iddialarının qarşısını almaq üçün Birləşmiş Ştatlar hökumətinə təsir etməyə çağırıblar.
 
Görüş zamanı Amerika Erməni Milli Komitəsinin sədri Kena Xaçikyanın məktubu Uorlikə təqdim olunub.
 
Xaçikyan məktubunda bildirib ki, Minsk Qrupu sülh prosesini təbii axarına qaytara bilər.

Google+ WhatsApp ok.ru