Amerika heç dəyişməyib, bu ölkədən daima düşmənçilik görmüşük

Amerika heç dəyişməyib, bu ölkədən daima düşmənçilik görmüşük

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər minlərlə İsfahan sakini ilə baş tutan izdihamlı görüşdə Amerikada keçirilən seçkilərə toxunub və deyib ki, İslam Respublikasının Amerikada keçirilən prezident seçkilərindən heç bir gözləntisi yoxdur, həmişə bu ölkənin tanınmış hər iki partiyasından düşmənçilik görüb.
 
Maide.Az xəbər verir ki,1361-ci il 25 aban tarixində (1982, 16 noyabr) İsfahanda 370 şəhidin dəfn edildiyi günün ildönümü münasibəti ilə İsfahan əyalətindən olan minlərlə insanın görüşündəkı çıxışında Ali Rəhbər Ayətullah Xamenei Amerika heç dəyişməyib, 37 ildə bu ölkədə hakimiyyətə gələn hər iki partiyadan İran xalqına heç bir xeyir gəlməyib, onlardan daima düşmənçilik görmüşük. “Bəziləri dünyada ABŞ seçkilərinin nəticələri üçün əza saxlayır, bəziləri sevinir. İran xalqı onların əksi olaraq nə sevinir və nə də əza saxlayır, çünki bizim üçün fərqi yoxdur və heç bir narahatçılığımız yoxdur. Allahın lütfü ilə ehtimal olunan hər hansı bir hadisə ilə üzləşməyə hazırıq”.
 
Ayətullah Xamenei seçki öncəsi təbliğat zamanı Amerika cəmiyyətinin daxilindəki problemlər və həqiqətlərin ifşa olunduğunu vurğulayıb və deyib ki, “Amerika prezidenti seçilən şəxs seçki öncəsi təbliğat zamanı dedi ki, bu bir neçə ildə müharibəyə xərclədiyimiz vəsaiti Amerikanın daxilində xərcləsəydik ölkəni iki dəfə yenidən qura bilərdik; o xəyal nöqtəsinə heyran qalan şəxslər, bu sözlərin mənasını başa düşürlər?”
 
Ayətullah Xamenei deyib ki, Amerika seçki öncəsi təbliğatı zamanı bu ölkədə yoxsulluq və geniş problemlərin olduğu etiraf edildi. “Amerika son illərdə bu ölkənin xalqının pulunu ədalətsiz müharibələrə xərcləyib. Müharibələrin nəticəsində Əfqanıstanda, İraqda, Liviyada, Suriyada və Yəməndə on minlərlə dinc sakin qətliam edilib və bu ölkələrin infrastrukturu dağıdılıb”.
 
Ayətullah Xamenei deyib ki, ABŞ-dakı prezident seçkiləri öncəsi təbliğat kampaniyası zamanı namizədlərin dediyi sözlər bu illər ərzində dəfələrlə deyilib, lakin bəziləri onu qəbul etmək istəmirdi. “Bəsirətin mənası budur ki, biləsiniz kiminlə tərəfsiniz, onun sizin haqqınızda düşüncəsi nədir və əgər gözünüzü yumsanız, əmin olun zərbə alacaqsınız. Siyasi və qeyri-siyasi elitadan bu cür bəsirətə sahib olmalarını gözləyirik. Sevindirici haldır ki, xalqımız belə bəsirətə sahibdir, amma təccüblüdür ki, elitada olan bəziləri xəyallara dalıb və bu bəsirətdən uzaqdırlar”.
 
Ayətullah Xamenei çıxışının davamında bildirib ki, bilməliyik ki ölkənin hazırkı və gələcək problemlərinin həlli üçün çıxış yolu yalnız sistemin daxili gücünü möhkəmləndirmək və onu qorumaqdan asılıdır. “Siyasi, iqtisadi və mədəni sahədə güclü, eləcə də elita və məsul şəxslərinin mənəvi və pisxoloji baxımdan möhkəmlənməsi ilə ölkəni heç bir təhlükə sarsılda bilməz. İran xalqı, xüsusi ilə gənclər inqilabı ruhiyyəni çiçəkləndirməlidir”.
 
Ayətullah Xamenei ölkənin məsul şəxslərini siyasi bəsirətə sahib olmağa və düşmənlərin çirkli planlarından qəflət etməməyi, İnqilabı ruhiyəni qorumağı və istiqamətləndirməyi, müqavimət iqtisadiyyatı sahəsində əməldə hərəkətə keçməyi, elmi inkişafı daha da sürətləndirməyi və milli birliyi qorumağı məsləhət görüb.⁠⁠⁠⁠
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru