Amerika işğalçı İsrail rejiminə hərbi dəstəyinin davamında gələn il F-35 qırıcıları verəcək

Maide.az-ın məlumatına görə, ABŞ-ın vitse-prezidenti Co Bayden dünən deyib ki, bu ölkə 2016-cı ildə İsrailə modern F-35 qırıcılarını təhvil verəcək. O əlavə edib ki, İsraili bu qırıcı ilə təchiz etməkdə məqsəd, bu rejimə Yaxın Şərqdə hərbi üstünlük qazandırmaqdır. 
 
Bayden vurğulayıb ki, F-35 Amerikanın ən yaxşı məhsullarındandır və onun təhvili təqdirində İsrail Yaxın Şərqdə bu növ qırıcıların beşinci nəslinə malik olan yeganə rejim olacaq. 
 
Amerika dəfələrlə öz xarici siyasətinin ilk prioriteti kimi İsrailin təhlükəsizliyi barədə qeyd-şərtsiz zəmanət verib və hər il bu rejimə "Dəmir Qübbə" adlı raket sistemi kimi hərbi hücum və müdafiə sistemlərindən əlavə, iri maliyyə yardımları göstərib.

Google+ WhatsApp ok.ru