Amerika koalisiyası Mosulda Həşd əş-Şəbin qərargahını vurub

Amerika koalisiyası Mosulda Həşd əş-Şəbin qərargahını vurub

Amerika koalisiyasının hərbi təyyarələri Təlafər şəhərinin hava limanında Həşd əş-Şəbin komandirlərinin toplandığı çadırı bombalayıb. 
 
Maide.Az Əl-Cəzirə kanalına istinadən xəbər verir ki, Həşd əş-Şəbi qüvvələrinin komandanlığı bəyanat yayaraq bildirib ki, cümə axşamı günü İraqın baş naziri Heydər Əl-İbadinin Təlafər şəhər hava limanına baxışından sonra Amerika koalisiya qüvvələri Həşd əş-Şəbin komandirlərinin toplaşdığı çadırı bombalayıb və bir neçə nəfər yaralanıb.
 
Həşd əş-Şəbi koalisiya qüvvələrindən bu hücumla bağlı izahat tələb edib. 
 
Həşd əş-Şəbi elan edib ki, hazırda bu hücumla bağlı araşdırma aparılır, araşdırma təkmilləşdikdən sonra bu hadisə ilə bağlı rəsmi mövqe sərgilənəcək. 
 

Google+ WhatsApp ok.ru