Amerikalı: Mən İphon-u  Apple şirkətindən qabaq icad etmişəm - Qalmaqal

Amerikalı: Mən İphon-u Apple şirkətindən qabaq icad etmişəm - Qalmaqal

Florida ştatının sakini Apple şirkətini məhkəməyə verib. 
 
Maide.Az xəbər verir ki, o, "Apple"-dan daha əvvəl İphone qurğusunu ixtira edib.
 
Bu barədə nüfuzlu The New York Daily News qəzeti yazıb.
 
İxtiraçı Tomas Ross məhkəməyə 1992 ci ildə ərsəyə gətirdiyi çertyojlarını təqdim etməklə, sübut edəcək ki, o, Stiv Cobsdan daha əvvəl bu ixtiranı kəşf edib. 
 
Amerikalı onun "ideyasını oğurladığı" üçün nəhəng şirkətdən 10milyard dollar təzminat istəməklə yanaşı, şirkətin satış həcminin 1,5% -ni ona qonorar ödəməsini tələb edəcək.
 
Maraq üçün qeyd edək ki, Apple şirkəti rəsmi olaraq 1 aprel 1976-cı ildə yaradılıb. /
 

Google+ WhatsApp ok.ru