Amerikalı 4 jurnalist Bəhreyndə həbs olunub

Maide.az xəbər verir ki, Bəhreyn rejimi ölkə əhalisinə tutduğu divan barədə mediada yazılanlar olan nifrətini 4 amerikalı jurnalistdən çıxıb. Belə ki, CNN telekanalı 4 amerikalı jurnalistin Bəhreynə daxil olarkən, "yalan informasiya verdikləri" və "polisə hücum etdikləri" ittihamı həbs edildiyini yazıb. 
 
Bəhreyn rejimi bildirib ki, beynəlxalq KİV-i təmsil edən amerikalı jurnalistlər ölkə ilə bağlı materiallar toplamaq üçün müvafiq qeydiyyatdan keçməyib və ölkədə qanunsuz şəkildə fəaliyyət göstəriblər.
 
Həbs olunanlardan birinin adı Anna Tereza Deydir. O, əvvəllər CNN-in ştatdankənar müxbiri işləyib, eləcə də "The New York Times", "CBS" və "Al-Jazeera" kimi media orqanları ilə əməkdaşlıq edib.

Google+ WhatsApp ok.ru