Amerikalı ekspert: 'Fələstinin işğalı və İrana qarşı sanksiyalar qanqster siyasətidir'

Amerikalı ekspert: 'Fələstinin işğalı və İrana qarşı sanksiyalar qanqster siyasətidir'

ABŞ-ın Prinston Universitetinin beynəlxalq hüquq üzrə keçmiş müəllimi bildirib ki, Fələstinin işğalı və İrana qarşı sanksiyalar, beynəlxalq qanunları fəlakətli şəkildə pozan Vaşinqton və Təl-Əvivin qanqster geosiyasətidir.

 
  Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, uzun illərdir BMT-nin Fələstində insan hüquqları üzrə xüsusi məruzəçisi olan Riçard Folk Əl-Cəzirədə dərc olunan məqaləsində yazıb: "Koronavirus böhranı zamanı ABŞ-ın sanksiyalarının müxtəlif ölkələrə, o cümlədən İran və Venesuelaya qarşı gücləndirilməsi ABŞ-ın quldur siyasətinin bariz nümunələrindəndir".
 
Riçard Folk analitik qeydində bildirib: “Vaşinqton yaranmış vəziyyətdə cəmiyyətə mərhəmət göstərmək əvəzinə, sanksiyaları artıraraq maksimum təzyiq göstərməyə davam edir. Digər bir qara səhifə, İsrail rejiminin Qərbi Şəriyə torpaqlarının əvvəllər işğal edilmiş ərazilərə ilhaqına əsaslanan, bu rejimin baş naziri Netanyahu tərəfindən irəli sürülən və əsas beynəlxalq qanunun kobud şəkildə pozulması hesab edilən qanunsuz və xoşagəlməz bir hərəkətdir".
 
Professorun sözlərinə görə, ABŞ bu cinayətin sadəcə müşahidəçisi deyil, eyni zamanda Netanyahunun tərəfindədir.

Google+ WhatsApp ok.ru