Amerikalı general: `İran ABŞ üçün ən böyük təhlükələrdən biridir`

Amerikalı general: `İran ABŞ üçün ən böyük təhlükələrdən biridir`

ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) komandanı general Cozef Votel deyir ki, İran ABŞ üçün ən böyük təhlükələrdən biridir və gərək hərbi vasitələrlə İranın fəaliyyətlərinin qarşısı alınsın. 
 
Maide.Az Presstv-ə istinadən xəbər verir ki, general C.Votel bu sözləri ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsində çıxışı zamanı Qərbi Asiya bölgəsindəki təhlükəsizlik problemlərindən danışarkən deyib. “Düşünürəm İran mənim "boz bölgə" adlandırdığım bölgədə fəaliyyət göstərir. "Boz bölgə" ölkələr arasında adi rəqabət və açıq müharibə meydanıdır”.
 
Amerikalı general deyib ki, İran bütün bölgənin sabitliyi üçün “uzunmüddətli və ən böyük təhlükədir”.
 
“CENTCOM” Fars Körfəzindən - Orta Asiya bölgəsinə kimi bölgələrdə 80 mindən çox əsgərlə ABŞ-ın təhlükəsizlik mənafeyini təmin etməklə görəvlidir.
 
Amerikalı general deyib ki, biz elə etməliyk ki, İran fəaliyyətlərinə görə cavab verməyə məcbur olsun. 
 
Qeyd edək ki, bir müddət öncə Amerika iddia etmişdi ki, İranın silahlı qayıqları Hörmüz boğazınaa beynəlxalq sularda ABŞ döyüş gəmisinin qarşısını kəsib.
 
İran Silahlı Qüvvələrinin sözçüsü general-mayor Seyid Məsud Cəzayiri ABŞ-ın iddiasının cavabında bildirmişdi ki, Fars körfəzindəki istənilən de-stabilliyin müqəssiri amerikalılar olacaq. Elə buna görə, yenidən xəbərdarlıq edirik ki, amerikalı hərbçilər öz davranışlarını dəyişsin.

Google+ WhatsApp ok.ru