Amerikalı general Mark Hertling: `Qasim Süleymanı bir əfsanədir`

Maide.az xəbər verir ki, Amerikanın ehtiyatda olan generalı Mark Hertling CNN-ə müsahibəsində, İran Qüds Xüsusi Qüvvələri komandanı general Qasim Süleymaninin bir əfsanə olduğunu və səkkiz illik müharibədə böyük rol aldığını deyib.
 
Hertling belə söyləyib: "General Süleymani geniş bir hərbi təcrübə və texnikaya malikdir."
 
İraqın Tiqrit şəhərinin azad edilməsi məsələsinə toxunan amerikalı general belə deyib: "Bu əməliyyat Mosul şəhərinin azad edilməsi çərçivəsinə hazırlıqdır. Xatırladım ki, əgər İŞİD qrupunun qondarma xilafətinin yaranmasında əsas götürdüyü amilə diqqət etsək, bu amilin böyük bir hissəsi mümkün olduğu qədər ən geniş ərazilər üzərində hakimiyyət quraraq onları əlində saxlamağa əsaslanır. Dolayısı ilə bu bölgələri İŞİD-dən almaq son dərəcə vacibdir."

Google+ WhatsApp ok.ru