Amerikalı general Rusiyanın S400 raketlərindən danışıb: ACİZİK

Maide.az xəbər verir ki, ABŞ-ın Hərbi Hava Qüvvələrinin yüksək vəzifəli komandanı, general Ceyms Holms Rusiyanın dünyaya səs salan S400 raketlərindən danışıb. O açıqlamasında bildirib ki, indiyə qədər Rusiya və Çinin hərbi sahədə, məxsusən havadan müdafiə sistemində olan uğurlarına diqqət etməyib: "Məhz bunun nəticəsidir ki, bu gün ABŞ-ın müdafiə sənayesi S400 qarşısında aciz və müdafiəsizdir. Hələ indi ABŞ HHQ və Donanması yeni nəsil hava hücumundan müdafiə sistemlərinə və təyyarələrə malik olmaq üçün müvafiq işlər görür. Yeni layihələr böyük investisiyalar tələb etdiyi üçün "F-22" qırıcı təyyarələrinin istehsalı dayandırılmayacaq. Sadəcə olaraq bu təyyarələrin üzərində ciddi iş aparılacaq".

Google+ WhatsApp ok.ru