Amerikalı komandir Yəməndə Ənsarullah qüvvələrinə əsir düşdü

Amerikalı komandir Yəməndə Ənsarullah qüvvələrinə əsir düşdü

-- Amerikalı komandirin BƏƏ ilə əməkdaşlıq sazişi...

Yəmən mediası Amerikanın Yaxın Şərqdə bir çox qaranlıq işin içərisində yer alan muzdlu əsgər şirkəti Black Water-in komandirlərindən birinin Yəmən müharibəsində ordu və inqilabi xalq komitələrinin qüvvələrinə əsir düşdüyünü bildirib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, etibarlı mənbələrə əsaslanan xəbərdə, Yəmən ordusu və xalq qüvvələrinin əlində amerikalı komandirin olmasının müharibə cəbhəsində şərtlərin Yəmən xalqının xeyrinə dəyişdiyini bildirib.
 
Amerikalı komandirin BƏƏ ilə əməkdaşlıq sazişi çərçivəsində işləyən komandirlərdən biri olduğu bildirilir.
 
Black Water muzdlu əsgər şirkəti Amerikanın dünyanın müxtəlif yerlərindəki imperialist və hərbi siyasətləri çərçivəsində işlər aparır.
 
Bu arada, BƏƏ-nin dövlət naziri Ənvər Qarqaş iyulun 1-i açıqlama verərək, Yəmənin Hudeyda bölgəsinə hücumların dayandırıldığını bildirib. O, hücumların dayandırılmasında məqsədlərinin BMT baş katibinin nümayəndəsinin Yəməndə işlərini daha rahat həyata keçirə bilməsi üçün olduğunu iddia edib.
 

Google+ WhatsApp ok.ru