Amerikalıların 48 faizi Trump-ın prezidentliyini bəyənmir

Amerikalıların 48 faizi Trump-ın prezidentliyini bəyənmir

Amerikalıların yalnız 36 faizi Donald Trump-ın ABŞ prezidenti kimi fəaliyyətini müsbət dəyərləndirir. «The Washington Post” qəzeti və “ABC News” telekanalının müştərək apardığı ictimai sorğunun nəticəsi belə deməyə əsas verir.
 
Prezidentin fəaliyyətə başladığı ilk yarım ildə bu cür aşağı reytinqə sahib olması halı ABŞ-da son 70 ildə ilk dəfədir. Trump-ın antireytinqi aprel ayından daha 5 pillə irəliləyib. Respondentlərin 48 faizi Trump-ı kəskin tənqid edənlərdir.
 
Sorğu anketində «Donald Trump-ın oğlu və kürəkəninin ötən il seçki kompaniyasının pik dönəmində rusiyalı hüquqşunas Natalya Veselnitskaya ilə görüşməsi etik sayıla bilərmi?” sualına rəyi soruşulanların yalnız 26 faizi müsbət cavablayıb, 63 faiz bu addımı pisləyib.
 
Sorğuda iştirak edənlərin 41 faizi düşünür ki, Trump-ın köməkçiləri Rusiyanın seçki kompaniyasına müdaxiləsinə şüurlu şəkildə şərait yaradıblar. 44 faiz inanır ki, Kremlin aktiv fəaliyyəti respublikaçı namizədə maddi fayda gətirib.(azadliq.org) 

Google+ WhatsApp ok.ru