Amerikalıların əksəriyyəti Trampın impiçmentini dəstəkləyir - SORĞU

Amerikalıların əksəriyyəti Trampın impiçmentini dəstəkləyir - SORĞU

ABŞ-da prezident Donald Trampnı impiçmentini vətəndaşların 47%-i dəstəkləyir.

Maide.Az "Modern.az"a istinadən xəbər verir ki, onlar Nümayəndələr Palatasında demokratların başlatdığı impiçment proseduruna tərəfdar olublar.

Sentyabrın 26-27-də The Hill və HarrisX tədqiqat qrupunun apardığı araşdırmaya görə 42% respondent bu prosedurun əleyhinə çıxıblar. Daha 11% rəyi soruşulan isə qəti qərar verə bilmədiyini söyləyib.

Ümumilikdə, sorğuda min şəxs iştirak edib.

Xatırladaq ki, impiçment proseduru Trampın Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı zamanı seçkilərdə rəqibi olacaq demokrat Co Baydenin oğluna qarşı araşdırma başladılmasını tələb etməsinə görə başlayıb. Həmin telefon danışığı kəşfiyyat xidmətinin əməkdaşı tərəfindən Senata ötürülüb.

Google+ WhatsApp ok.ru