Amerikalılar İran xalqından üzr istədilər 30 Yanvar 2020 15:17 Dünya ABŞ-da fəaliyyət göstərən “Pink Code” adlı müharibə əleyhinə qrupun nümayəndələri Vaşinqtonda İranın maraqlarını müdafiə edən idarənin ofisinə gələrək üzrxahlıq məktubunu təqdim ediblər. 10 min nəfərin imzası ilə tərtib edilən məktubda Amerika xalqının Prezident Donald Trampın yanlış xarici siyasəti nəticəsində təzyiqlərə məruz qalan İran xalqından üzr istədiyi bildirilir. Nəzərə çatdırılıb ki, ABŞ administrasiyasının təxribat xarakterli siyasəti iki ölkəni müharibənin başlanğıcına gətirib çıxarıb. Amerika xalqı İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaları ədalətsiz və general Qasım Süleymaninin qətlə yetirilməsini isə təxribat hesab edir. Ofisin əməkdaşları məktubu qəbul edərək, ABŞ xalqının mövqeyini İran xalqına çatdıracaqlarını bildiriblər. Söhbət zamanı xalqlar arasında əlaqələrin bərpası məsələsi müzakirə edilib. /AzərTAc Teqlər : #Amerikalılar,#İran,#xalqından,#üzr,#istədilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Barens dənizində tapılan zibillərin təxminən 70 faizi plastikdir İranın raket zərbəsi nəticəsində yaralanan ABŞ hərbçilərinin sayı azı 64 nəfərdir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO