Amerikalı müsəlman qızlar ölkənin gündəminə çevrildi

Amerikalı müsəlman qızlar ölkənin gündəminə çevrildi

ABŞ-ın Vermont ştatında müsəlman gənc qızların qurduğu "Muslim Girls Making Change" qrupu beynəlxalq şeir müsabiqəsinə qatılmağa layiq görülüb.
 
 Vermont ştatında dörd müsəlman gənc qız birləşərək, ölkənin gündəminə yer almağı bacarıblar.
Müsəlman qızlar təsirli səsləri və güclü şeir oxuma qabiliyyətlərilə Amerikada müsəlman olmağın nə demək olduğunu izah etməyə çalışıblar. "Muslim Girls Making Change" adı verilən qrup bu həftə Vaşinqtonda beynəlxalq bir müsabiqədə də iştirak edəcək.
 
Qrupun üzvlərindən 16 yaşlı Kirin Vaqar pakistanlı bir ailənin övladıdır. Vaqar açıqlamasında, qruplarının artıq daxillərində saxladıqları məsələləri şeir dili ilə ictimaiyyətə çatdırdıqlarını deyir.
"Amerika yuxusu", "Xoş gəldin", "Buqələmun" onların şeirlərinə verdikləri adlardan yalnız bir neçəsidir. Onlar hesab edirlər ki, bu adlar ailələrinin Amerikaya gələndə arzu etdiklərini təmsil edir. Qrupun təsisçisi isə 5 yaşında ailəsilə birlikdə Somalidən Vermonta gələn Hava Adamdır. Adam şeirin özlərini ifadə etmə və insanlarla əlaqə qurmaq vasitəsi olduğunu bildirir. Atası misirli olan 15 yaşlı Lena Ginavinin istəyi də, "terror" sözünün İslam ilə əlaqələndirilməməsidir. "İslam mənim üçün sülh dinidir və terrorçuların etdiyi heç bir şeyin İslamla əlaqəsi yoxdur", - deyə Ginavi bildirib. (deyerler.org)

Google+ WhatsApp ok.ru