Amerikalı müsəlman konqresmen İlhan Omar: ‘Tramp nifrət xəstəliyini yayır’ 25 Sentyabr 2020 11:39 Dünya ABŞ-ın Minnesota ştatından seçilmiş müsəlman konqresmen İlhan Omar Tvitter üzərindən prezident Donald Trampın onun barəsində dediyi sözlərə reaksiya verib. İlhan Omar Tvitterdən ünvanladığı mesajında bunları yazıb: “Əvvəla, bu mənim ölkəm və mən sizin impiçmentinizi tələb edən ABŞ Nümayəndələr Palatasının üzvlərindənəm; İkincisi, vətəndaş müharibəsindən 8 yaşımda qaçmışam və 8 yaşlı bir uşaq ölkəni idarə etmir”. Omarın reaksiyası, ABŞ prezidentinin sentyabrın 22-si İlhan Omara, ABŞ-ın onun ölkəsi olmadığını söyləyərək, doğulduğu yeri ələ salaraq, irqçi hücumlara başladığı bir vaxtda edilib. Tramp Pensilvaniyada seçiciləri qarşısındakı çıxışında “İlhan Omar bizə ölkəmizi necə idarə edəcəyimizi izah edir. Haradansan? Ölkənizdə vəziyyət necədir?” demişdi. İlhan Omar ABŞ prezidentini irqçi adlandırmağa davam edib və bunları qeyd edib: “Tramp hara getsə nifrəti yayır və nifrət xəstəliyini yayır. Tramp miqrasiyaya qarşı deyil, mənim kimi mühacirlərə qarşıdır”. /abna/ Teqlər : #Amerikalı,#müsəlman,#konqresmen,#İlhan,#Omar:,#‘Tramp,#nifrət,#xəstəliyini,#yayır’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda hərbi vertolyot qəzaya uğradı Hindistanda 82 yaşlı müsəlman qadın etirazın sinvoluna çevrilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO