Amerikalı nəzəriyyəçi: ‘Tramp şəhid Qasim Süleymanini terror etməklə Fordun fərmanını pozub’

Amerikalı nəzəriyyəçi: ‘Tramp şəhid Qasim Süleymanini terror etməklə Fordun fərmanını pozub’

Tanınmış Amerika nəzəriyyəçisi, Harvard Universitetinin professoru, ABŞ prezidentinin İranın hərbi komandiri şəhid general-leytenant Qasim Süleymaniyə qarşı sui-qəsd qərarını tənqid edib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Briqada komandirinin öldürülməsini "müharibə cinayəti" olaraq xarakterizə edən Cozef Nay, Trampın Vyetnam müharibəsindən sonra, 1976-cı ildə o zamankı prezident Cerald Fordun imzaladığı fərmanı pozduğunu söyləyib.
 
Nay, CNN-ə verdiyi müsahibədə, Trampın şəhid general-leytenant Qasim Süleymaniyə qarşı terror əmrini verməklə "iyrənc hərəkət" etdiyini söyləyib və əlavə edərək, Trampın, Vyetnam müharibəsindən sonra keçmiş prezident Cerald Fordun sərəncamını pozduğunu bildirib. O qeyd edib ki, Fordun fərmanına görə, ABŞ-dan kənarda heç kim terrorçu formada öldürülməməlidir. "Əgər bu modeli görməzliyə vururuqsa, məsələn, ABŞ dövlət katibi Mayk Pompeo Bağdada səfəri zamanı öldürülsə, o zaman artıq etiraz etmək hüququmuz qalmayacaq", - deyə Harvard Universitetinin 82 yaşlı professoru söyləyib.
 
Vyetnam müharibəsindən sonra ABŞ prezidenti, Cerald Fordun 18 fevral 1976-cı ildə imzaladığı 11905 nömrəli İcra Qərarı, ABŞ xaricində hər hansı bir siyasi qətlləri qadağan edir. Şəhid general-leytenenat Qasim Süleymani, 3 yanvar 2020-ci ildə Bağdad Beynəlxalq Hava Limanının ərazisində ABŞ təcavüzkarlarının hava zərbəsi nəticəsində terror edilib. Qeyd edək ki, Pentaqon bildirib ki, hücum əmri ABŞ prezidenti Donald Tramp tərəfindən verilib. /Deyerler.org /
 

Google+ WhatsApp ok.ru