Amerikalı tələbələr arasında intihar populyarlaşıb

Amerikalı tələbələr arasında intihar populyarlaşıb

-- ABŞ-da hər 13 dəqiqədə 1 intihar faktı qeydə alınır

Amerikada intihar problemlərini araşdıran təşkilat son ayın hesabatını yayıb. Hesabatda göstərilir ki, amerikalı tələbələrin ölüm səbəbində intihar ikinci yerdə dayanır. 
 
Maide.Az "faktxəbər"ə istinadən xəbər verir ki,  digər yaş qruplarına nisbətən 20-24 yaş arasında intihar daha yüksəkdir.
 
Səhiyyə ekspertlərinin fikirlərinə görə, amerikalılar arasında ölüm faizi digər ölümlərə nisbətən daha çoxdur və bu, 4000 nəfərə çatır.
 
Hesabatda göstərilir ki, ABŞ-da hər 13 dəqiqədə 1 intihar faktı qeydə alınır. Və bu rəqəm son 6 ayda ilk dəfədir bu qədər yüksək səviyyəyə çatıb.
 
ABŞ-da ən çox intihar halı Şimali Dakotaya məxsusdur və 58 faiz təşkil edir. Ən aşağı göstərici isə 6 faizlə Delaver ştatına məxsusdur.
 
ABŞ-da ən yüksək intihar 39500 nəfərlə 2011-ci ildə qeydə alınıb və bu rəqəm xərçəng xəstəliyindən, avtomobil qəzalarında ölümdən daha çoxdur.
 
Ekspertlər intihara səbəb kimi psixoloji problemləri, depressiyanı, ailə münaqişələrini və digər insanlarla münaqişələri göstərirlər.
 
Amerika İntiharların Qarşısının Alınması Fondu açıqlama verərək bildirir ki, intihar etmək istəyənlərin 50-75 faizi öncə ölüm barədə danışırlar. Daha sonra müəyyən dərmanlar və silah alışı ilə maraqlanırlar. Yuxusuzluqdan əziyyət çəkirlər və öz əşyalarına qarşı marağı itirirlər.
 

Google+ WhatsApp ok.ru