Amerikalı hicablı idmançı İbtihac Muhəmməd `Barbie` gəlinciyi üçün model seçilib

Amerikalı hicablı idmançı İbtihac Muhəmməd `Barbie` gəlinciyi üçün model seçilib

-- balaca qızların, hicablı gəlinciyi oynada biləcəyini bilmək qürur vericidir

Amerikan Mattel  şirkəti  Amerikanın Nyu Cersi ştatından Rio olipiadasında  iştirak edən ilk amerikalı hicablı müsəlman qadın İbtihac Muhəmmədi Barbie gəlinciklərin  istehsalı üçün model seçib. 
 
Maide.Az “AA”-a istinadən xəbər verir ki,  Amerikan Mattel şirkəti, Glamour jurnalının təşkil etdiyi "İlin Qadınları Mükafatı" ərəfəsində  ilk hicablı idmançı İbtihac Muhəmmədi model seçərək  istehsal edəcəkləri Barbie gəlinciklərini gələn ildən bazara çıxardacaqlarını açıqlayıb. 
 
Mükafatlandırılma mərasiminə qatılan İ.Muhəmməd hicablı bir idmançı kimi dəfələrlə təcrid edildiyini bildirib.
 
İ.Muhəmməd deyib ki, Mattel kimi beynəlxalq şirkətin baş örtülü  gəlincik üçün onu model seçməsindən çox duyğulanıb. “İdman mənə  özümü və gücümü sevməyi öyrətdi.”
 
İ.Muhəmməd Twitter hesabından "balaca qızların, hicablı gəlinciyi oynada biləcəyini bilmək  qürur vericidir.  Uşaqlıq xəyalım gərçəkləşdi” mesajını paylaşıb. 
 
ABŞ-ın Qılıncoynatma növü üzrə milli komandasında yer alan Muhəmməd 2016-ci il Rio olimpiadasında bürünc medal qazanıb.
 
 

Google+ WhatsApp ok.ru