Amerikalı qadına 284 milyardlıq işıq borcu gəlib

Amerikalı qadına 284 milyardlıq işıq borcu gəlib

-- elektrik şirkəti bildirib ki, ödəniş...

ABŞ-ın Pennsylvania ştatının sakini Mary Horomanski elektrik şirkətinə 284 460 000 000 dollar (təxminən 500 mld AZN) borclu olduğu barədə bildirişdən dəhşətə gəldiyini deyir.
 
Sənədə görə 28 176 dollar məbləğində ödənişin ilk hissəsi dekabr ayında çatdırılmalı idi.
 
"Gözüm kəlləmə çıxdı" - Erie şəhərində yaşayan qadın yerli jurnalistlərə bildirib.
 
"Biz Milad bayramı üçün elektrik bəzəklər asmışdıq və mən onların düzgün qoşulmadığını düşündüm", - Erie Times-News qəzetində Mary Horomanski-nin sözləri iqtibas olunur.
 
Daha sonra elektrik şirkəti bildirib ki, ödəniş 284 dollar 46 sent təşkil etməli imiş. Yəni məbləğ göstərildiyindən bir milyard az olmalı idi.
 
"Milyardlarla dollar məbləğində ödənişə rast gəldiyimi yadıma sala bilmirəm", - şirkətin nümayəndəsi Mark Durbin deyib.
 
"Müştərimizin bu səhvlə bağlı şirkətlə əlaqə saxlamaq səylərinə görə minnətdarıq".(bbc)
 

Google+ WhatsApp ok.ru