Amerikalıların 42 faizi Trampı axmaq hesab edir - SORĞU

Amerikalıların 42 faizi Trampı axmaq hesab edir - SORĞU

ABŞ prezidenti Donald Trampın yeritdiyi siyasət və onun keçmiş əməkdaşlarının onun haqda dedikləri cəmiyyətin ona qarşı fikirlərini dəyişib.
 
Maide.Az "Modern.az"a istinadla xəbər verir ki,  Quinnipiac Universitetinin keçirdiyi sorğunun nəticələrinə görə seçicilərin cəmi 51 faizi Trampı ağıllı zənn edir.
 
Bu göstərici ABŞ prezidenti üçün növbəti uğursuzluğun göstərcisidir.
 
Belə ki, 2016-cı ilin sorğusuna görə seçicilərin 74 faizi prezidenti ağıllı hesab edib.
 
İndi isə seçicilərin 42 faizi açıq şəkildə Trampı ağıllı olmadığını qeyd edib.
 
Qeyd edək ki, Donald Tramp 2020-ci ilin seçkilərində qələbə çalacağına inandığını bildirib.
 

Google+ WhatsApp ok.ru