Amerikalıların 54 faizi Trampdan narazıdır - SORĞU

Amerikalıların 54 faizi Trampdan narazıdır - SORĞU

ABŞ sakinləri arasında sorğu keçirilib.
 
Modern.az xarici KİV-ə istinadən məlumat verir ki, sorğuda iştirak edənlərin yarıdan çoxu prezident Donald Trampın fəaliyyətinin ilk ayından narazı olduğunu bildirib. Belə ki, rəyi soruşulanların 54 faizi D.Trampın fəaliyyətini mənfi qiymətləndirib.
 
Bundan başqa, 42 faiz respondent hökumətin fəaliyyətindən narazı qaldığını bildirib.
 
D.Trampın 7 müsəlman ölkəsi vətəndaşlarına viza verilməsini qadağan edən sərəncamı ilə bağlı fikirlər haçalanıb. Bu sorğuda respondentlərin 50 faizi həmin sərəncamla bağlı razılığını bildirib.

Google+ WhatsApp ok.ru