Amerika müsəlmanları məscidlərdə casusluğa son qoyulmasını tələb edir

İslami-Amerikan Əlaqələr Şurasının sədri Amerikanın federal polisindən tələb edib ki, məscidlərdən casusluq etməyi dayandırsın.
Maide.az-ın Beynəlxalq Quran xəbər agentliyi (İKNA)-ya istinadən məlumatına görə,  İslami-Amerikan Əlaqələr Şurasının Minnesota şöbəsinin müdiri Lori Saroya bildirib: FBI məmurları Saint Paul, Minneapolis şəhərləri və bir çox digər şəhərlərin məscidlərinə baş çəkərək, bəzi müsəlmanlardan onlar üçün casusluq etmələrini istəyiblər.
Saroya deyib ki, müsəlmanlar cinayət ehtimalının mövcud olduğu təqdirdə, onu qanun icrası orqanlarına məlumat verməyi öz dini və hüquqi borcları bilirər, amma FBI məmurları məsciddə görünən zaman qorxu, iztirab və etimadsızlıq atmosferi yaranır.
O, əlavə edib ki, məscidlərə bu üsulla gəlmək və şəxsləri casus kimi işə götürməyə çalışmaq heç bir əxlaqi dəyərlərə sığmır. /

Google+ WhatsApp ok.ru