Amerika müsəlmanlarının sayı 2050-ci ilədək iki dəfə artacaq

Amerika müsəlmanlarının sayı 2050-ci ilədək iki dəfə artacaq

“Pew” Araşdırmalar Mərkəzinin yaydığı hesabatda  bildirilir ki, Amerika müsəlmanlarının sayı 2050-ci ilədək iki dəfə artacaq. 
 
Maide.Az “Lifezette” saytına istinadən xəbər verir ki, “Pew” Araşdırmalar Mərkəzinin araşdırmasına görə 2015-2060-cı illər ərzində müsəlmanların sayı 70 faiz artacaq. 
 
Mərkəz müsəlmanların sayının artmasına səbəb ki, müsəlman toplumun gənc olması və daha çox övlad dünyaya gətirməsi göstərib. 
 
2015-ci ilin statistikasına görə, dünyada müsəlmanların orta yaş həddi 24 yaş olub ki, bu müsəlmanların qeyri-müsəlmanlarla müqayisədə 7 yaş daha gənc olduqlarını göstərir. 
 
“Pew” Araşdırmalar Mərkəzinin Avropada müsəlmanların sayı ilə bağlı araşdırmasına görə, 2050-ci ilədək müsəlmanlar yaşıl qitənin əhalisinin 10 faizini təşkil edəcək. /

Google+ WhatsApp ok.ru