Amerikanın ən böyük kilsəsi işğalçı İsrailin 5 bankına qarşı sanksiya tətbiq etdi

Amerikanın “United Methodist” kilsəsi (7 milyondan çox üzvi var və Amerikanın ən böyük Protestant məzhəbli kilsəsidir) işğalçı İsrail rejiminin 5 bankına qarşı sanksiya tətbiq edib. 
Maide.az xəbər verir ki, “United Methodist” kilsəsi insan haqlarını pozan qurum və şirkətləri öz qara siyahısına daxil edir və həmin şirkət və qurumlarla heç bir əməkdaşlıq etmir. 
“United Methodist” kilsəsi ilk dəfədir ki, İsrail rejim banklarına qarşı belə bir addım atır və bunu Fələstinin işğal olunmuş torpaqlarında işğalçı rejimin qanunsuz tikililər aparmasına görə etdiyini bildirir. 
Fələstini dəstəkləyənlər “United Methodist” kilsəsinin bu addımını İşğalçı İsrail rejiminə qarşı boykot tətbiq olunmasını tələb edən "Boykot, Təcrid, Sanksiya" (BDS) hərəkatının əldə etdiyi böyük nailiyyət kimi dəyərləndirirlər. /
 

Google+ WhatsApp ok.ru