Amerikanın ilk müsəlman qadın parlament nümayəndəsinə qarşı irqçi təhdidlər

Amerikanın ilk müsəlman qadın parlament nümayəndəsinə qarşı irqçi təhdidlər

Amerika tarixində ilk dəfə olaraq əyalət parlament nümayəndəliyinə və qanunverici orqan postuna yüksəlmiş müsəlman qadını irqçilər ölümlə hədələdilər.
 
Xanım İlham Ömər əslən Somalidən olan ABŞ vətəndaşıdır ki, bu ölkənin tarixində ilk dəfə olaraq bir xanım müsəlman kimi "Mina-Suta" əyalətinin parlament nümayəndəliyi postuna qədər yüksələ bilmişdir.
 
İlham Ömər elan edib ki, onu Vaşinqtona aparan sürücü onunla söhbətində ona qarşı islamofob cümlələrdən istifadə edib və onu ölümlə qorxudub.
 
Amerikanın ilk müsəlman deputat xanımı özünün Facebook səhifəsində yazıb ki, taksi şoferi ona İŞİD-çisən deyib və onun baş örtüyünü zorla başıdan çıxaracağı ilə təhdid edib və qorxudub.
 
Qeyd edək ki, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra bu ölkədə müsəlmanlar əleyhinə islamofob və irqçi hərəkətlər çoxalıb. /

Google+ WhatsApp ok.ru